7 noyabr 2026. Şənbə

PSJ-dən “Lion” üzərində çətin qələbə


PSJ-dən “Lion” üzərində çətin qələbə

Fransa Liqa 1-in 2025/2026 mövsümünün XII turu çərçivəsində “Lion” və PSJ komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Lion şəhərindəki “Qrupama” stadionunda keçirilib. 

Matç PSJ-nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Uorren Zair-Emeri parisliləri önə çıxarıb. Dörd dəqiqə sonra “Lion”un hücumçusu Afonso Moreyra hesabı bərabərləşdirib. Lakin 33-cü dəqiqədə Xviça Kvaratsxeliya “PSJ”ni yenidən irəli çıxarıb.

İkinci hissədə meydan sahiblərinin müdafiəçisi Eynsli Meytland-Nayls hesabı yenidən bərabərləşdirib. 90+3-cü dəqiqədə “Lion”un oyunçusu Nikolas Talyafiko qırmızı vərəqə ilə meydanı tərk edib. Oyunun taleyini 90+6-cı dəqiqədə Joau Neveşin vurduğu qol həll edib – 3:2.

Bu qələbədən sonra PSJ 27 xalla Fransa Liqa 1-in lideri olub. “Lion” isə 20 xalla turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi