- Fransa L.1
- 22:55 02.12.2025
“Lion” klubunun baş məşqçi köməkçisi Jorge Masiel Fransa Liqa 1-in 12-ci turunda PSJ-yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra hakim Benua Bastienin idarəçiliyini sərt tənqid edib.
90deqiqe.Az xəbər verir ki, “Le Parisien” çalışdırıcının dediklərini belə çatdırıb.
“Stadionda 59 min tamaşaçı var idi və yalnız dörd nəfər – hakimlər briqadası – hamının gördüyü qayda pozuntularını görmədi. İkinci qol tam faciə idi. Talyafikoya qarşı edilən kobudluğa görə penalti və qırmızı vərəqə verilməli idi. PSJ Avropanın ən güclü komandalarından biridir, amma onların ‘VAR’ daxil olmaqla 16 nəfərlə oynamasına ehtiyac yoxdur”
Məşqçi həmçinin qərarlardakı ədalətsizliyi vurğulayıb:
“Əgər qaydalar hamı üçün eynidirsə, Talyafiko qovulmamalı idi. Zabarni niyə cəza almadı, anlamıram. Onlar neçə dəfə kobud oynadılar, amma vərəqə görmədilər. Bütün bunlar çox təkəbbürlü yanaşmadır. Bizim bunları müzakirə etmək imkanımız belə yoxdur. Vacibdir ki, açıq dialoq olsun, çünki biz hər həftə oynayırıq, amma qaydalar hər dəfə dəyişir.”
Qarşılaşma “Qrupama” stadionunda, 59 min azarkeşin gözü önündə baş tutub.“Lion” məğlubiyyətə baxmayaraq, növbəti turlarda vəziyyəti düzəltmək və turnir cədvəlində irəliləmək məqsədi ilə hazırlıqlarını davam etdirir.