- Fransa L.1
- 22:55 02.12.2025
"Monako"nun baş məşqçisi Sebastyan Pokonyoli komandanın 32 yaşlı yarımmüdafiəçisi Pol Poqbanın sağalma müddəti haqqında danışıb.
90deqiqe.Az xəbər verir ki, "L'Équipe" mütəxəssisin dediklərini belə çatdırıb.
“Onun tez bir zamanda qayıdacağına ümid edirəm, amma bunu son dəfə dediyimdə… ona görə də irəli danışmaq istəmirəm. Hər şey vaxtı gələndə baş verəcək”
Futbolçu 30 oktyabr məşqində ikili mübarizə zamanı topuğundan zədə alıb. Bundan əvvəl isə o, sağ bud əzələsindəki dartınmadan bərpa prosesində idi. Poqba “Monako”nun heyətində hələ bir dəfə də olsun meydana çıxmayıb. Onun son rəsmi oyunu iki ildən çox əvvəl — 2023-cü ilin sentyabrında “Yuventus”la “Empoli” arasında keçirilən və 28 dəqiqə oynadığı qarşılaşmaya təsadüf edir.
Qeyd edək ki, noyabrın 22-də "Monako" Fransa Liqa 1-in 13-cü turu çərçivəsində "Renn"lə qarşılaşacaq.