- Fransa L.1
- 22:55 02.12.2025
PSJ klubu 2025/2026 mövsümünə aid dördüncü oyun formasını ictimaiyyətə təqdim edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni forma Jordan Brand tərəfindən hazırlanıb.
Paytaxt klubunun məlumatına görə, forma əsasən qara rəngdədir və antrasit-boz detallarla, həmçinin çəhrayı çalarlarla tamamlanıb. Dizaynın mərkəzindən keçən qırmızı zolaq formaya həm təmiz, həm də güclü vizual effekt verir və klubun ənənəvi üslubuna modern yanaşma kimi qiymətləndirilir.
Yeni formada ilk dəfə tətbiq edilən Cross-Dye texnologiyası incə kontrastlar və fərqli tekstura effekti yaradır. Bu forma keçən mövsüm böyük maraq görən “qanadlı” göy rəngli formanı əvəz edəcək.
Qeyd edək ki, Fransa Liqa 1-də 13 turdan sonra PSJ 30 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
