- Fransa L.1
- 22:55 02.12.2025
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının XIV turunda “Monako”ya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.
“Monako” futbolçularının yüksək fərdi keyfiyyətləri var. Onlar çox yaxşı oynayırlar və üslubları xoşuma gəlir. Bu komanda bizim oyun fəlsəfəmizə bənzəyir. Onlara qarşı keçirdiyimiz heç bir oyunun asan olduğunu xatırlamıram. Qarşıdakı qarşılaşma Çempionlar Liqası səviyyəsində olacaq”
Mütəxəssis komandanın müdafiəçisi Nunu Meneşin durumuna da aydınlıq gətirib:
“Nunu Meneş bizə ‘Tottenhem’lə oyunun fasiləsində kiçik bir narahatlıq hiss etdiyini dedi. Biz risk etməməyi üstün tutduq. Ona bərpa üçün vaxt lazımdır. Sonra qarşıdakı matçlara hazır olub-olmadığını qiymətləndirəcəyik”.
Qarşılaşma noyabrın 29-da Bakı vaxtı ilə 20:00-da start götürəcək.Hazırda PSJ 30 xalla turnir cədvəlinə başçılıq edir. “Monako” isə 20 xalla 8-ci yerdə qərarlaşıb.