5 dekabr 2025. Cümə

“Lion”dan rekord zərər


“Lion”dan rekord zərər

Fransanın “Lion” klubu 2024–2025-ci illə bağlı maliyyə hesabatını açıqlayıb.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən məlumatına görə, klub ötən ili 201,2 milyon avro zərərlə başa vurub. Bu, əvvəlki maliyyə ili ilə müqayisədə 176 milyon avro çoxdur.

 Buna baxmayaraq, klub avrokuboklarda iştirak hüququnu yalnız cərimə ödəməklə qoruya bilib. Mövcud qaydalara əsasən, “Lion”un növbəti mövsümlərdə Avropa turnirlərinə buraxılması üçün ümumi büdcə kəsiri cari və sonrakı iki maliyyə ilində 60 milyon avronu keçməməlidir.

Qeyd edək ki, yay aylarında “Lion” ciddi maliyyə böhranı səbəbindən aşağı liqaya düşmək təhlükəsi ilə üzləşmiş, klubda rəhbərlik tam şəkildə yenilənmişdi. Aparılan dəyişikliklərdən sonra idarəetmə strukturu yenidən qurulub, əməkhaqqı fondu və xərclər azaldılıb.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər