5 may 2026. Çərşənbə axşamı

“Lion” səfərdə “Nant”ı məğlub etdi


“Lion” səfərdə “Nant”ı məğlub etdi

Fransa Liqasının 14-cü turunda “Lion” və “Nant” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, oyunun gedişində qonaqlar yaxşı təsir bağışlasa da, 43-cü dəqiqədə Mvanga qırmızı vərəqə aldı və komanda azlıqda qaldı.

İkinci hissədə üstünlük əldə edən “Lion” rəqibini rahatlıqla üstələdi. Abner hesabı açdı, daha sonra Satriano iki dəfə fərqlənərək dubla imza atdı. Matç 3:0 hesabı ilə başa çatdı.

“Lion” Liqa 1-də dörd oyundur qələbə qazana bilmirdi. Bu qələbə ilə “Tkaçılar” altıncı pilləyə yüksəldi. “Nant” isə 16-cı yerdə qərarlaşıb və Liqa 1-də beş oyunluq qələbəsiz seriyanı davam etdirir.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu