5 dekabr 2025. Cümə

“Nitsa”nın hücumçuları komandanı tərk etmək istəyirlər


“Nitsa”nın hücumçuları komandanı tərk etmək istəyirlər

“Nitsa” klubunun futbolçuları Jeremi Boqa və Teremas Moffi komandadan ayrılmaq qərarına gəliblər.

90deqiqe.Az-ın "RMC Sport"a istinadən məlumatına görə, bu addım onların klub azarkeşləri tərəfindən aqressiv davranışlara məruz qalmasından sonra atılıb.

Hadisə komandanın “Loryan”a 1:3 hesabı ilə uduzduğu matçdan sonra baş verib. Klub bazasına təxminən 400 azarkeş gəlib. Əvvəlcə qrup baş məşqçi Frank Ezin istefasını tələb edib, daha sonra isə vəziyyət gərginləşərək oyunçulara qarşı aqressiya nümayiş etdirilib.

Onlarla fanat Teremas Moffi və Jeremi Boqanı fiziki və sözlü şəkildə təhqir edib. Onları təpikləyib, üzlərinə sillə vurduqları, həmçinin futbolçulara tüpürdükləri qeyd olunur. Həmçinin hücum zamanı irqi xarakterli təhqirlər də səsləndirilib.

İnsidentdən sonra Boqa və Moffi “Nitsa”da çıxışlarını davam etdirmək istəmədiklərini klub rəhbərliyinə bildiriblər.

Teremas Moffi “Nitsa”ya 2022/23 mövsümündə, Jeremi Boqa isə 2023-cü ilin yayında qoşulub.







Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər