- Fransa L.1
- 17:13 06.12.2025
PSJ-nin baş məşqçisi Luis Enrike klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis "PSG TV"yə açıqlamasında uzunmüddətli perspektivi hədəflədiyini bildirib.
“Ümid edirəm ki, PSJ-də uzun müddət qala biləcəyəm. Belə bir kluba gəlmək üçün çox iş görmək lazımdır. Biz burada olmaq üçün böyük zəhmət çəkdik. Şanslıyıq ki, PSJ bizi dəvət etmək istədi. Bu, əla bir hissdir, amma eyni zamanda çox çətindir, çünki burada böyük təzyiq var. Amma mən çox xoşbəxtəm, çünki klub indi yaxşı dönəmdən keçir. Ümid edirəm ki, bu davam edəcək”
Luis Enrike 2023-cü ilin yayından bəri PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, iki Kubok və iki Superkubok qazanıb, həmçinin UEFA Çempionlar Liqasını və UEFA Superkubokunu əldə edib.