- Fransa L.1
- 22:27 11.12.2025
Fransanın “Nant” klubu baş məşqçi dəyişikliklərini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisinə Ahmed Kantari rəhbərlik edəcək. Müqavilə ilin sonuna qədər nəzərdə tutulub. O, əvvəlki baş məşqçi Luis Kaştru əvəz edib.
Kantari kluba tanış simadır – 2025-ci ilin ilk yarısında o, Antuan Kombuarenin köməkçisi kimi çalışıb.
Fransa çempionatının 15 turundan sonra “Nant” 11 xalla 17-ci yerdə qərarlaşıb və hazırda liqanın son pillələrinə yaxın mövqedədir.
Kantari ilə ilk matç bu cümə, dekabrın 12-də keçiriləcək. 16-cı tur çərçivəsində “kanareykalar” “Anje” komandası ilə qarşılaşacaq.