- Fransa L.1
- 17:12 13.12.2025
“Marsel”in baş məşqçisi Roberto De Zerbi komandasının hücumçusu Meyson Qrinvud haqqında yüksək fikirlər səsləndirib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçunun Avropada çox az oyunçuda rast gəlinən potensiala sahib olduğunu vurğulayıb. Zerbi eyni zamanda bu mövsüm Fransa Liqası 1-də 14 oyunda 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənən Qrinvudun gələcəkdə “Qızıl Top” uğuruna iddialı ola biləcəyini bildirib:
“Mən Meysonu hər gün izləyirəm və onun böyük potensialı var. Avropada onun səviyyəsində oyunçular azdır. Onun Qızıl Top qazanmaq şansı var və yalnız özündən asılıdır ki, bu məqsəd üçün bütün gücünü ortaya qoyacaq. O, "Qızıl Top" üçün lazım olan keyfiyyətlərə malikdir.
Eyni zamanda istəyərdim ki, oyununu daha sabit səviyyədə göstərsin. Daha intensiv pressinq etməli, çətin vəziyyətlərdə topa yaxşı nəzarət etməli və onu asanlıqla itirmədən komandanı irəli aparmalıdır”.
De Zerbi analitik olaraq qeyd edib ki, Qrinvudun həm texniki, həm taktiki bacarıqlarını inkişaf etdirməsi onun “Marsel” və fərdi uğurları üçün həlledici olacaq.