13 yanvar 2026. Çərşənbə axşamı

Benzema “Lion”a qayıdışı ilə bağlı danışdı


Benzema “Lion”a qayıdışı ilə bağlı danışdı

“Qızıl top”un sahibi, fransalı hücumçu Kərim Benzema karyerasına başladığı “Lion”a qayıdıb-qayıtmayacağı ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "L’Equipe" 37 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Dəqiq demək çətindir ki, qayıda bilərəm. Futbolda heç nəyi qabaqcadan demək olmur. Yəqin ki, hər şeyi olduğu kimi saxlamaq daha yaxşıdır. “Lion”a başqa bir rolda kömək edə biləcəyimi istisna etmirəm. Amma komandanın heyətində oynamaq məsələsinə gəlincə, bunu bilmirəm”

Xatırladaq ki, Kərim Benzema “Lion”un yetirməsidir. Hücumçu 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edir. Onun klubla müqaviləsi gələn ilin iyun ayının sonunda başa çatacaq. Benzemanın hazırkı bazar dəyəri 7 milyon avro təşkil edir.







Fransa L.1

Dembele PSJ-nin təklifini rədd etdi
  • Fransa L.1
  • 23:54 09.01.2026
Dembele PSJ-nin təklifini rədd etdi
Fransa klubunda yeni baş məşqçi
  • Fransa L.1
  • 23:57 08.01.2026
Fransa klubunda yeni baş məşqçi
PSJ-dən çətin qələbə
  • Fransa L.1
  • 03:05 05.01.2026
PSJ-dən çətin qələbə
“Marsel” evdə uduzdu
  • Fransa L.1
  • 20:41 04.01.2026
“Marsel” evdə uduzdu
"Lill" evdə uduzdu
  • Fransa L.1
  • 02:18 04.01.2026
"Lill" evdə uduzdu