3 mart 2026. Çərşənbə axşamı

“Marsel" evdə “Monako”nu məğlub etdi


“Marsel" evdə  “Monako”nu məğlub etdi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün XVI turunda “Marsel” və “Monako” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Oranj Velodrom” stadionunda (Marsel, Fransa) keçirilən qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. 

Matçda vurulan yeganə qol 82-ci dəqiqədə “Marsel”in hücumçusu Meyson Qrinvudun adına yazılıb. “Monako”nun heyətində çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin qarşılaşmaya start heyətində başlayıb, lakin məhsuldar fəaliyyətlə yadda qalmayıb və 73-cü dəqiqədə əvəzlənib.

Bu nəticədən sonra “Marsel” Fransa çempionatında 16 oyundan sonra 32 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Monako” isə 23 xalla doqquzuncu sıradadır. Turnirə 37 xalla “Lans” liderlik edir.

Növbəti turda “Marsel” yanvarın 4-də doğma meydanda “Nant”ı qəbul edəcək. “Monako” isə bir gün əvvəl “Lion”la qarşılaşacaq.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:06 01.03.2026
PSJ-yə bir qol bəs etdi
"Monako" evdə "Anje"ni məğlub etdi
  • Fransa L.1
  • 01:43 01.03.2026
"Monako" evdə "Anje"ni məğlub etdi
“Renn” evdə qalib gəldi
  • Fransa L.1
  • 22:15 28.02.2026
“Renn” evdə qalib gəldi
"Monako"dan çətin qələbə
  • Fransa L.1
  • 22:21 21.02.2026
"Monako"dan çətin qələbə
"Renn" evdə PSJ-yə qalib gəldi
  • Fransa L.1
  • 00:03 14.02.2026
"Renn" evdə PSJ-yə qalib gəldi