- Fransa L.1
- 23:21 16.12.2025
PSJ-nin baş məşqçisi Luis Enrike Beynəlxalq Futbol Federasiyasının (FİFA) versiyasına görə 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.
90deqiqe.Az xəbər verir ki, bu mükafata ispan mütəxəssislə yanaşı Hans-Diter Flik (“Barselona”), Enso Mareska (“Çelsi”), Mikel Arteta (“Arsenal”), Arne Slot (“Liverpul”), Portuqaliya millisinin baş məşqçisi Roberto Martines və Meksika yığmasının çalışdırıcısı Xavyer Aqirre də namizəd olublar.
Qeyd edək ki, ötən mövsüm Luis Enrikenin rəhbərliyi altında PSJ UEFA Çempionlar Liqasını, Fransa çempionatını, ölkə kubokunu və Superkuboku qazanıb.