18 dekabr 2025. Cümə axşamı

Luis Enrikenin rəhbərliyi altında PSJ penaltilər seriyasında uduzmur


Luis Enrikenin rəhbərliyi altında PSJ penaltilər seriyasında uduzmur

Fransanın PSJ klubu baş məşqçi Luis Enrikenin rəhbərliyi altında iştirak etdiyi bütün penaltilər seriyalarında qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Opta" statistik portalı məlumat yayıb.

Dekabrın 17-də PSJ FIFA-nın Qitələrarası Kubokunun finalında Braziliyanın “Flamenqo” komandasını məğlub edib. Qətərin Ər-Rəyyan şəhərində yerləşən “Əhməd bin Əli” stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Fransa təmsilçisi 2:1 hesablı qələbə əldə edib.

Paris klubu daha əvvəl Fransa Kubokunda “Lens”i (dekabr 2024), UEFA Çempionlar Liqasında “Liverpul”u (mart 2025), UEFA Superkubokunda isə “Tottenhem”i (avqust 2025) penaltilər seriyasında üstələyib.

 







Fransa L.1

 “Nitsa” səfərdə məğlub oldu
  • Fransa L.1
  • 22:37 14.12.2025
“Nitsa” səfərdə məğlub oldu
Poqba “Marsel”lə oyunu buraxacaq
  • Fransa L.1
  • 15:01 14.12.2025
Poqba “Marsel”lə oyunu buraxacaq