22 dekabr 2025. Bazar ertəsi

PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamağı planlaşdırır


PSJ Luis Enrike ilə ömürlük müqavilə imzalamağı planlaşdırır

PSJ rəhbərliyi futbol tarixində ilk dəfə olaraq komandanın baş məşqçisi ilə ömürlük müqavilə imzalamağı nəzərdən keçirir.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, Paris klubu 55 yaşlı ispaniyalı mütəxəssisi ideal baş məşqçi hesab edir və ona klub tarixinin ən yaxşı və ən yüksək məbləğli müqaviləsini təklif etməyə hazırdır. Hazırda Luis Enrikenin PSJ ilə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında PSJ-ni çalışdırmağa başlayıb. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, iki dəfə Fransa Kubokunu və Superkuboku qazanıb. Bundan əlavə, komanda 2024/2025 mövsümünün UEFA Çempionlar Liqasının, eləcə də Qitələrarası Kubokun qalibi adını qazanıb.







Fransa L.1

 “Nitsa” səfərdə məğlub oldu
  • Fransa L.1
  • 22:37 14.12.2025
“Nitsa” səfərdə məğlub oldu