19 noyabr 2026. Cümə axşamı

“Monako” Fati ilə bağlı qərarını verdi


“Monako” Fati ilə bağlı qərarını verdi

“Monako” klubunda hücumameyilli yarımmüdafiəçi Ansu Fatinin gələcəyi ilə bağlı qərar verilib.

 90deqiqe.Az-ın məlumata görə, “qırmızı-ağlar” mövsümün sonunda futbolçunun transfer hüququnun alınması ilə bağlı opsiyanı aktivləşdirməyəcək.

Qeyd edək ki, “Monako”nun “Barselona”ya məxsus olan 23 yaşlı Ansu Fatini 12 milyon avro qarşılığında heyətinə qatmaq imkanı var.

Ansu Fati “Monako”nun heyətində bütün turnirlər üzrə 14 rəsmi oyunda meydana çıxaraq 6 qol vurub.

Hazırda “Monako” Fransa çempionatının turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb.







Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq