14 yanvar 2026. Çərşənbə

Endrik “Lion”da bir oyun belə oynamadan rekord qırdı


Endrik “Lion”da bir oyun belə oynamadan rekord qırdı

“Real”dan icarə əsasında Fransanın “Lion” klubuna keçən braziliyalı hücumçu Endrik hələ meydançaya çıxmadan klub tarixində iz qoyub.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Touchline" “X” sosial şəbəkəsində məlumat yayıb.

Dekabrın 23-də “Lion” Endrikin transferini klubun sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə elan edib. Braziliyalı futbolçunun keçidinə həsr olunan video azarkeşlər arasında böyük marağa səbəb olub və klubun sosial şəbəkələr tarixində ən çox baxılan paylaşım statusunu qazanıb.  

Mənbənin bildirdiyinə görə, dekabrın 27-si səhər saatlarına olan məlumata əsasən, Endrikin yer aldığı video 1,1 milyon baxışı keçərək “Lion” üçün yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, Endrik “Lion” forması ilə ilk oyununa 3 yanvar tarixində, komandanın səfərdə “Monako” ilə qarşılaşmasında çıxa bilər.







Fransa L.1

Dembele PSJ-nin təklifini rədd etdi
  • Fransa L.1
  • 23:54 09.01.2026
Dembele PSJ-nin təklifini rədd etdi
Fransa klubunda yeni baş məşqçi
  • Fransa L.1
  • 23:57 08.01.2026
Fransa klubunda yeni baş məşqçi
PSJ-dən çətin qələbə
  • Fransa L.1
  • 03:05 05.01.2026
PSJ-dən çətin qələbə
“Marsel” evdə uduzdu
  • Fransa L.1
  • 20:41 04.01.2026
“Marsel” evdə uduzdu