28 dekabr 2025. Bazar günü

Luis Enrike 2025-ci ilin ən yaxşı məşqçisi seçildi


Luis Enrike 2025-ci ilin ən yaxşı məşqçisi seçildi

PSJ-nin baş məşqçisi Luis Enrike 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Globe Soccer Awards" məlumat yayıb. Finalistlər sırasında Xabi Alonso (“Real Madrid”), Mikel Arteta (“Arsenal”), Hans-Diter Flik (“Barselona”) və Enzo Mareska (“Çelsi”) da yer alıb.

Globe Soccer Awards hər il keçirilən və futbol dünyasında ən böyük uğurları göstərmiş şəxsləri mükafatlandıran mərasimdir. Qaliblər müxtəlif nominasiya üzrə səsvermə yolu ilə müəyyənləşdirilir.

Ötən mövsümdə Luis Enrikenin rəhbərliyi altında PSJ Çempionlar Liqasını, Fransa çempionatını, Kuboku və Superkuboku qazanıb. Həmçinin komanda Klub Dünya Çempionatı finalına yüksəlib və UEFA Superkubokunu qazanıb.







Fransa L.1

"Nitsa" baş məşqçisiz qalacaq
  • Fransa L.1
  • 21:25 28.12.2025
"Nitsa" baş məşqçisiz qalacaq