28 dekabr 2025. Bazar günü

"Nitsa" baş məşqçisiz qalacaq


"Nitsa" baş məşqçisiz qalacaq

Frank Ez “Nitsa” klubunun baş məşqçisi vəzifəsindən ayrılması ilə bağlı rəhbərliklə razılığa gəlib.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən məlumatına görə, mütəxəssis klubu artıq qış fasiləsində tərk edəcək. Qərara komandanın həm Fransa çempionatında, həm də Avropa Liqasında qeyri-qənaətbəxş nəticələri səbəb olub.

“Nitsa”nın yeni baş məşqçisi daha əvvəl 2012–2016-cı illərdə də komandaya rəhbərlik etmiş Klod Püel olacaq.

Liqa 1-də 16 turdan sonra 17 xalı olan “Nitsa” turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. Avropa Liqasında isə altı turdan sonra komandanın aktivində heç bir xal yoxdur.

Qeyd edək ki, məğlubiyyətlərdən birindən sonra “Nitsa” azarkeşləri futbolçuları daşıyan avtobusa hücum edib. Hadisədən sonra bəzi oyunçular klubdan ayrılmaq qərarı verib.







Fransa L.1

"Nitsa" baş məşqçisiz qalacaq
  • Fransa L.1
  • 21:25 28.12.2025
"Nitsa" baş məşqçisiz qalacaq