28 dekabr 2025. Bazar günü

Dembele ilin ən yaxşı futbolçusu seçildi


Dembele ilin ən yaxşı futbolçusu seçildi

2025-ci ilin futbol mövsümünün ən böyük fərdi mükafatlarından biri PSJ-nin hücumçusu Usman Dembeleyə qismət olub.

90deqiqe.Az xəbər verir ki, Fransa millisinin üzvü "Globe Soccer Awards" tərəfindən ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

Qeyd edək ki, Dembele cari il ərzində həmçinin “Qızıl top”a, eləcə də FIFA versiyasına görə ilin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

2025-ci ildə “PSJ” ilə birlikdə Usman Dembele ümumilikdə altı titul qazanıb. Onların sırasında Çempionlar Liqası kuboku da yer alır. Turnirin finalında Paris təmsilçisi “İnter” üzərində 5:0 hesablı inamlı qələbə qazanıb.

“PSJ” Fransa çempionatında növbəti oyununu yanvarın 4-də keçirəcək. Həmin gün Luis Enrikenin komandası derbidə “Pari” klubu ilə qarşılaşacaq.







Fransa L.1

"Nitsa" baş məşqçisiz qalacaq
  • Fransa L.1
  • 21:25 28.12.2025
"Nitsa" baş məşqçisiz qalacaq