29 dekabr 2025. Bazar ertəsi

PSJ-nin gənc ulduzu fərdi mükafata layiq görüldü


PSJ-nin gənc ulduzu fərdi mükafata layiq görüldü

PSJ-nin yarımmüdafiəçisi Dezire Due "Globe Soccer Awards" mükafatının qalibləri arasında yer alıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu “ilin ən yaxşı başlanğıc futbolçusu” nominasiyası üzrə mükafata layiq görülüb.

PSJ klubu gənc futbolçusunun uğurunu sosial şəbəkələrdə paylaşdığı təbrik mesajı ilə qeyd edib.

20 yaşlı Due PSJ-nin əsas komandasında 73 rəsmi oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda “PSJ” Fransa çempionatında ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə isə “Lens” liderlik edir, onlar bir xal irəlidədir.







Fransa L.1

"Nitsa" baş məşqçisiz qalacaq
  • Fransa L.1
  • 21:25 28.12.2025
"Nitsa" baş məşqçisiz qalacaq