- Fransa L.1
- 23:50 28.12.2025
PSJ və Fransa millisinin hücumçusu Usman Dembelə 2025-ci ilin ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu, onun ötən il ərzində qazandığı üçüncü böyük fərdi mükafatdır.
Daha əvvəl Dembelə “Qızıl top” və FİFA tərəfindən ilin ən yaxşı futbolçusu mükafatlarına layiq görülüb.
2025/2026 mövsümündə Dembelə klub səviyyəsində 14 rəsmi matç keçirib, bu oyunlarda 4 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Hal-hazırda “PSJ” Fransa Liqa 1-də ikinci pillədə qərarlaşıb və Lansdan bir xal geri qalır.