31 dekabr 2025. Çərşənbə

“Yudol və Bentalev Poqbadan daha çox layiq idi”


“Yudol və Bentalev Poqbadan daha çox layiq idi”

Fransalı keçmiş futbolçu Cimmi Kabo "Globe Soccer Awards" mükafatlandırma mərasimində Pol Poqbanın “ən yaxşı geri dönüş” nominasiyasında qalib seçilməsinə sərt reaksiya verib.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumatına görə, Kabo hesab edir ki, bu mükafat Poqbaya deyil, daha ağır sınaqlardan keçərək futbola qayıdan oyunçulara verilməli idi:

“Matye Yudol çarpaz bağlarından dörd dəfə zədə aldı və yenə də qış fasiləsinədək ‘Lens’in start heyətində yer aldı. Nabil Bentalev ürək dayanması keçirdi, aylarla meydanlardan uzaq qaldı, lakin geri dönərək ‘Lill’ üçün həlledici qol vurdu”

Xatırladaq ki, “Yuventus” və “Mançester Yunayted”in sabiq futbolçusu Pol Poqba dopinq qalmaqalına görə təxminən 18 ay futboldan uzaq qalıb. O, 2025-ci ilin yayında “Monako”ya transfer olunub və noyabrda yeni klubunun heyətində ilk dəfə meydana çıxıb.







Fransa L.1

"Nitsa" baş məşqçisiz qalacaq
  • Fransa L.1
  • 21:25 28.12.2025
"Nitsa" baş məşqçisiz qalacaq