- Fransa L.1
- 03:05 05.01.2026
Fransanın Liqa 1-də 17-ci turun görüşündə “Monako” öz meydanında “Lion”u qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Louis II” stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 12-ci dəqiqəsində ev sahiblərinin qapıçısı Lukas Hradecki zədələnərək oyunu tərk edib. “Lion”un yarımmüdafiəçisi Pavel Şultz 38-ci dəqiqədə hesabı açıb. İlk hissənin sonunda – 45+4-cü dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Mamadu Kulibali hesabı bərabərləşdirib.
İkinci hissədə isə 57-ci dəqiqədə Pavel Şultz ikinci qolunu vuraraq qələbəyə aparan yolu açıb. 70-ci dəqiqədə Mamadu Kulibali ikinci sarı vərəqə alaraq meydanı tərk edib. 79-cu dəqiqədə isə “Lion”un müdafiəçisi Abner fərqi artırıb.
Qeyd edək ki, 17 turdan sonra “Monako” 23 xalla Liqa 1-də 9-cu pillədə qərarlaşıb. “Lion” isə 30 xalla 5-ci yerdədir.