8 yanvar 2026. Cümə axşamı

"Strasburq" klubu Liam Roseniorla bu sözlərlə vidalaşdı


"Strasburq" klubu Liam Roseniorla bu sözlərlə vidalaşdı

Fransanın “Strasburq” klubu komandanın sabiq baş məşqçisi Liam Rozenyorla vidalaşıb.  

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Liam Rozenyor və onun məşqçilər korpusuna gördükləri işə görə təşəkkür edirəm. Bu dövr ‘Strasburq’a mühüm addımlar atmağa, inkişafını davam etdirməyə və daha iddialı kluba çevrilməyə imkan verdi”, — deyə klubun prezidenti Mark Keller bildirib.

UEFA Konfrans Liqasının qrup mərhələsini birinci pillədə başa vuran “Strasburq” artıq 1/16 final mərhələsinə yüksəlməyi təmin edib. Klub Liam Rozenyora gələcək karyerasında uğurlar arzulayıb və yaxın zamanda yeni baş məşqçinin təyinatı ilə bağlı məlumat veriləcəyini açıqlayıb.

Xatırladaq ki, yanvarın 6-da klubu tərk edən ingilis mütəxəssis “Çelsi” klubunun baş məşqçisi təyin olunub. O, yanvarın 1-də istefaya göndərilən Entso Mareskanı əvəzləyib.

Qeyd edək ki, 2024-cü ilin yayında “Strasburq”a qoşulan Liam Rozenyor layihəyə böyük həvəs və fədakarlıqla yanaşıb. Onun dinamik rəhbərliyi komandanın idman baxımından irəliləyişinə səbəb olub. Nəticədə klub son 20 ildə ilk dəfə avrokuboklara vəsiqə qazanıb.







Fransa L.1

PSJ-dən çətin qələbə
  • Fransa L.1
  • 03:05 05.01.2026
PSJ-dən çətin qələbə
“Marsel” evdə uduzdu
  • Fransa L.1
  • 20:41 04.01.2026
“Marsel” evdə uduzdu
"Lill" evdə uduzdu
  • Fransa L.1
  • 02:18 04.01.2026
"Lill" evdə uduzdu