- Fransa L.1
- 23:13 06.01.2026
Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike komandadan ayrılmağa yaxın ola bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, ispan mütəxəssis Paris təmsilçisinin ona təklif etdiyi yeni müqaviləni qəbul etməyib.
Mənbənin məlumatına əsasən, Luis Enrike məşqçilik karyerasında yeni çağırış axtarır və bu səbəbdən PSJ-dən ayrılmaq niyyətindədir. Təcrübəli mütəxəssisin klubla hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Bu müddət ərzində o, Paris klubu ilə iki dəfə Fransa çempionu olub, iki dəfə Fransa Kubokunu və Superkubokunu qazanıb. Bundan başqa, PSJ onun rəhbərliyi altında UEFA Superkubokunun, FIFA Qitələrarası Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olub.