9 yanvar 2026. Cümə

Fransa klubunda yeni baş məşqçi


Fransa klubunda yeni baş məşqçi

İngiltərəli mütəxəssis Qari O’Nil Fransanın “Strasburq” klubunun baş məşqçisi təyin olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssis əsas komandanın sükanı arxasına gətirilib.

Zəngin futbol təcrübəsinə malik mütəxəssis futbolçu karyerası ərzində İngiltərədə 500-dən çox oyunda meydana çıxıb. Baş məşqçi kimi isə Premyer Liqada “Bornmut” və “Vulverhempton” klublarını ümumilikdə 88 matçda çalışdırıb.

Qari O’Nil bu həftənin cümə axşamı “Strasburq”dakı ilk məşqini keçirəcək. O, şənbə günü Fransa Kuboku çərçivəsində Avranş səfərində komandanı ehtiyat oyunçular skamyasından idarə edəcək.

Qeyd edək ki, daha əvvəl “Strasburq”un baş məşqçisi Liam Rozenyor vəzifəsindən ayrılaraq İngiltərənin “Çelsi” klubuna baş məşqçi təyin olunub.

Hazırda “Strasburq” Fransa çempionatında 17 turdan sonra 24 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 40 xalla “Lens” başçılıq edir.







Fransa L.1

Fransa klubunda yeni baş məşqçi
  • Fransa L.1
  • 23:57 08.01.2026
Fransa klubunda yeni baş məşqçi
PSJ-dən çətin qələbə
  • Fransa L.1
  • 03:05 05.01.2026
PSJ-dən çətin qələbə
“Marsel” evdə uduzdu
  • Fransa L.1
  • 20:41 04.01.2026
“Marsel” evdə uduzdu
"Lill" evdə uduzdu
  • Fransa L.1
  • 02:18 04.01.2026
"Lill" evdə uduzdu