- Fransa L.1
- 23:54 09.01.2026
PSJ klubu futbolçusu Usman Dembelenin müddəti 2028-ci ilin yayına qədər olan müqaviləsini uzatmaq üzərində fəal şəkildə çalışır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Fransa nəhəngi “Qızıl top”un sahibi olan futbolçunu heyətində saxlamaqda maraqlıdır. Lakin klubun təqdim etdiyi ilk müqavilə təklifi oyunçu tərəfindən qəbul edilməyib. Dembelenin daha yüksək maaş tələb etdiyi vurğulanır. PSJ-nin ilkin təklifi illik təxminən 30 milyon avro təşkil edib. Futbolçunun nümayəndələri isə bu məbləğin ikiqat artırılmasını istəyirlər.
Bu səbəbdən tərəflər arasında razılaşmanın əldə olunmasına hələ xeyli vaxt olduğu qeyd olunur.
Cari mövsümdə 28 yaşlı hücumçu 16 oyunda iştirak edib, 6 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Dembelenin müxtəlif sağlamlıq problemləri səbəbindən 11 oyunu buraxdığı da bildirilir.