29 yanvar 2026. Cümə axşamı

Monako'dan növbəti xal itkisi


Monako'dan növbəti xal itkisi

Fransa çempionatında 6-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, turun əksər görüşləri bu günə təsadüf edib.

Bu mövsüm 5 turdan bu yana qələbə üzünə həsrət qalan “Monako” səfərdə “Reyms”in qonağı olub. Görüşdə qalib müəyyənləşməyib.

Marsel öz doğma meydanında “Monpelye” ilə heç-heçə edib. Dörd qolun qeydə alındığı “Bordo” – “Brest” görüşündə də qalib müəyyənləşməyib.

“Nitsa” “Dijon”a, “Nim” “Tuluza” qalib gəlib. “Mets” isə öz meydanında  “Amyen”ə uduzub

Fransa Liqa 1
6-cı tur

20 sentyabr

Strasburq – Nant 2:1
Qol: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.

21 sentyabr

Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Jerman, 74 – Sarr, 17-öz qapısına.

Bordo – Brest 2:2
Qol: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.

Mets – Amyen 1:2
Qol: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.

Nitsa – Dijon 2:1
Qol: Dolberq, 29. Atal, 47 – Tavares, 22.

Nim – Tuluza 1:0
Qol: Filippoto, 39.

Reyms – Monako 0:0







Fransa L.1