- Fransa L.1
- 18:31 13.01.2026
PSJ-nin yarımmüdafiəçisi Fabian Ruis yaxın zamanda klubla müqaviləsini uzadacaq.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı futbolçu Fransa nəhəngi ilə yeni sözləşməsi 2029-cu ilin ortalarınadək nəzərdə tutulub. Tərəflər arasında yalnız bəzi detalların razılaşdırılması qalır və müqavilə artıq yekun mərhələdədir.
Bu da yarımmüdafiəçinin mümkün ayrılığı ilə bağlı yayılan iddialara baxmayaraq, PSJ-nin futbolçu ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu göstərir.
Qeyd edək ki, Fabian Ruis 2022-ci ildən PSJ-nin formasını geyinir. 29 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər üzrə 22 oyunda iştirak edib, iki qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə mövcud müqaviləsi 2027-ci ilin iyun ayınadək qüvvədədir.