5 may 2026. Çərşənbə axşamı

“Monako” evdə “Loryan”a uduzdu


“Monako” evdə “Loryan”a uduzdu

Fransanın Liqa 1-də 2025/2026 mövsümünün XVIII turu çərçivəsində “Monako” və “Loryan” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, “Lui II” stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın hesabı 68-ci dəqiqədə “Loryan”ın hücumçusu Bamba Dienqin qolu ilə açılıb. 76-cı dəqiqədə meydan sahiblərinin vingeri Ansu Fati tarazlığı bərpa edib. Lakin oyunun son dəqiqələrində “Loryan” üstünlüyü yenidən ələ alıb. 85-ci dəqiqədə Jan-Viktor Makengo, 88-ci dəqiqədə isə Derman Karim fərqlənərək qonaqlara qələbə qazandırıb.

“Monako”nun heyətində rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin görüşü sona qədər meydanda keçirib.

18 turdan sonra “Monako” 23 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Bu məğlubiyyət Sebastyen Poqnonlinin rəhbərlik etdiyi komanda üçün çempionatda ardıcıl dördüncü uğursuzluq olub. “Loryan” isə 22 xalla 12-ci pilləyə yüksəlib.

Qeyd edək ki, növbəti turda “Monako” yanvarın 24-də “Havr”la qarşılaşacaq. “Loryan” isə eyni tarixdə “Renn”lə üz-üzə gələcək.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu