5 may 2026. Çərşənbə axşamı

“Bu məğlubiyyət ömrüm boyu yadımda qalacaq”


“Bu məğlubiyyət ömrüm boyu yadımda qalacaq”

“Marsel”in baş məşqçisi Roberto de Zerbi Fransa Superkubokunun finalında PSJ-yə penaltilər seriyasında məğlubiyyəti (2:2, pen. – uduzdu) şərh edib.

 90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, italiyalı mütəxəssis bildirib ki, bu nəticə onun üçün xüsusi məna daşıyır:

“Futbolda iki komanda olur – biri qalib gəlir, digəri uduzur. Əgər oyunun sonuna yaxınadək hesabda öndə olursansa, amma sonda uduzursansa, mən bunu adi məğlubiyyət saymıram. PSJ ilə oyun mənim üçün elə bir məğlubiyyətdir ki, onu ömrüm boyu unutmayacağam. Həmişə xatırlayacağam. Amma özümü məğlub edilmiş hiss etmirəm”, – deyə de Dzərbi bildirib.

Qeyd edək ki, matçın əsas vaxtında 2:1 hesabı ilə öndə olan Marsel klubu ikinci hissəyə əlavə edilmiş beşinci dəqiqədə qol buraxaraq qələbəni əldən verib.

“Marsel” yanvarın 21-də UEFA Çempionlar Liqası çərçivəsində “Liverpul”u qəbul edəcək.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu