22 oktyabr 2024. Çərşənbə axşamı

PSJ səfərdən qələbə ilə qayıdır


PSJ səfərdən qələbə ilə qayıdır

Fransa Liqa 1-də 6-cı turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, "Lill" səfərdə "Renn"in qonağı olub. Görüşdə qalib müəyyənləşməyib. "Sent-Etyen" səfərdə "Anje"nin qonağı olub və məğlubiyyətdən xilas ola bilməyib.

Turun mərkəzi görüşündə isə “Lion” öz doğma meydanında PSJ ilə üz-üzə gəlib. Paris təmsilçisi Neymar'ın vurduğu qolla qələbə qazanıb.

Fransa Liqa 1, 6-cı tur

20 sentyabr

Strasburq – Nant 2:1
Qol
: Linard, 66. Ayorke, 89-pen – Kulibali, 28.

21 sentyabr

Marsel – Monpelye 1:1
Qol
: Jerman, 74 – Sarr, 17-öz qapısına.

Bordo – Brest 2:2
Qol
: Briand, 6. Pablo, 69 – Qrandsir, 20. Autret, 45+1.

Mets – Amyen 1:2
Qol
: Diallo, 68 – Jirassi, 39. Dibassi, 54.

Nitsa – Dijon 2:1
Qol
: Dolberq, 29. Atal, 47 – Tavares, 22.

Nim – Tuluza 1:0
Qol
: Filippoto, 39.

Reyms – Monako 0:0

22 sentyabr

Renn – Lill 1:1
Qol
: Hunou, 68 – İkone, 47.

Anje – Sent-Etyen 4:1
Qol
: Kapelle, 48. Ninqa, 78; 84; 89 – Nordin, 34.

Lion – PSJ 0:1
Qol
: Neymar, 87.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib