21 yanvar 2026. Çərşənbə

PSJ-nin müdafiəçisi və sevgilisi insan alverində ittiham olunur


PSJ-nin müdafiəçisi və sevgilisi insan alverində ittiham olunur

PSJ-nin müdafiəçisi Lukas Hernandes və onun sevgilisi Viktoriya Triay hüquqi problemlərlə üzləşiblər.

90deqiqe.Az-ın "Paris Match"a istinadən məlumata görə, 29 yaşlı futbolçu və onun həyat yoldaşı qanunsuz əmək fəaliyyəti və insan alveri ilə bağlı rəsmi şəkildə ittiham olunublar.

Versal prokurorluğu 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər Ernandesin ailəsində çalışan bir ailənin müraciətindən sonra cinayət işi başladıb. Şikayətçilər müxtəlif vəzifələri yerinə yetiriblər. Onlar mühafizəçi, aşpaz, ev işçisi və dayə kimi çalışmaqla yanaşı, bir sıra digər işlərlə də məşğul olublar.

Zərərçəkənlərin sözlərinə görə, Lukas Hernandes və Viktoriya Triay onları müvafiq əmək müqaviləsi olmadan həftədə 72–84 saat işləməyə məcbur ediblər. Bu isə əmək qanunvericiliyinin ciddi şəkildə pozulması hesab olunur. Ailə bu qədər uzun iş saatlarını həddindən artıq və ədalətsiz adlandırır.

Hazırda prokurorluq istintaqı davam etdirir. Lakin indiyədək müdafiəçi və onun sevgilisi barəsində hər hansı məhdudlaşdırıcı tədbir görülməyib.







Fransa L.1