- Fransa L.1
- 02:35 26.01.2026
Fransa Liqa 1-in 2025/2026 mövsümünün XIX turu çərçivəsində “Metz” və “Lion” komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Metzin “Sen-Simforyen” stadionunda təşkil olunan qarşılaşmada qonaqlar 5:2 hesablı qələbə qazanıblar. Görüşü baş hakim Erik Vattelye idarə edib.
Matçın 11-ci dəqiqəsində “Lion”un braziliyalı hücumçusu Endrik hesabı açıb. 5 dəqiqə sonra Ruben Klyuvert fərqi artırıb. 32-ci dəqiqədə yarımmüdafiəçi Tayler Morton komandasını daha da üstün vəziyyətə çıxarıb. “Metz”in müdafiəçisi Koffi Kuao 34-cü dəqiqədə hesabı bərabərləşdirib, lakin 45+1-ci dəqiqədə Endrik fərqlənərək ilk hissədə dubla imza atıb. İkinci hissədə 64-cü dəqiqədə ev sahiblərinin hücumçusu Habib Diallo fərqlənsə də, 87-ci dəqiqədə Endrik penalti zərbəsini dəqiq yerinə yetirərək hət-trik edib.
Bu nəticədən sonra 19 oyunda 36 xal toplayan “Lion” Liqa 1 turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Metz” isə 12 xalla sonuncu – 18-ci sıradadır.