21 iyun 2026. Bazar günü

“Yalnız birlikdə bu vəziyyətdən çıxa bilərik”


“Yalnız birlikdə bu vəziyyətdən çıxa bilərik”

“Lill”in hücumçusu Olivye Jiru komandasının Fransa çempionatında “Strasburq”a 1:4 hesablı məğlubiyyətindən sonra açıqlama verib.

90deqiqe.Az-ın "derbyderbyderby.it"ə istinadən məlumata görə, uğursuz nəticədən sonra azarkeşlərin fit səsləri ilə üzləşən fransalı forvard mövcud vəziyyətdən yalnız birlik sayəsində çıxmağın mümkün olduğunu vurğulayıb.

“Bu çətin məqamda hər kəs birləşməlidir – klub rəhbərliyi, futbolçular və azarkeşlər. Ancaq hamımız bir məqsəd ətrafında toparlansaq, vəziyyəti düzəldə bilərik”

Qeyd edək ki, təcrübəli hücumçu daha əvvəl “Arsenal” və “Milan” klublarında çıxış edib. Hazırda “Lill” Liqa 1-in turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”