27 yanvar 2026. Çərşənbə axşamı

“Bu oyun mənim üçün xüsusi an oldu”


“Bu oyun mənim üçün xüsusi an oldu”

“Lion”un hücumçusu Endrik Fransanın Liqa 1 çərçivəsində “Metz”ə qarşı keçirilən 19-cu turun oyununu şərh edib. 

90deqiqe.Az xəbər verir ki, "ESPN " 19 yaşlı hücumçunun dediklərini belə çatdırıb.

“Bu görüş uzun müddət yaddaşımda qalacaq. Mənim üçün xüsusi an idi. Bu çempionatda oynamağı sevirəm. Bilirdim ki, “Lion” güclü komandadır. Onların səviyyəsi həqiqətən çox yüksəkdir”

Xatırladaq ki, Braziliyalı futbolçu matçda het-trik edib və komandası 5:2 hesabı ilə qələbə qazanıb.Endrik “Lion”da icarə əsasında çıxış edir. Onun əsas müqaviləsi isə Madridin “Real” klubuna məxsusdur.







Fransa L.1