- Fransa L.1
- 23:25 30.01.2026
“Marsel”in baş məşqçisi Roberto de Zerbi komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Biz vacib oyunu uduzduq və Çempionlar Liqasından kənar qaldıq. Vəziyyəti başa düşməyə çalışmalıyıq. Dünən axşam Lonqoriya və Benatiya ilə danışdıq, ən yaxşı qərarı tapmaq üçün görüşdük. Bu matçın bir hissəsi mənim də günahımdır. Reabilitasiya olmaq üçün əlimizdən gələni edəcəyik. Mən hələ də buradayam. Mənə məsuliyyət götürməyi öyrədiblər. Sadəcə pis oyun keçirdik. Marsel üçün ideal baş məşqçi olub-olmadığımı bilmirəm. Yaxşı nəticələrimiz olub, amma stabil deyil. Uduzanda hamı uduzur, hər kəs öz payını daşıyır. Bizə həmrəylik lazımdır.”
Qeyd edək ki, “Marsel” şənbə günü Fransanın “Liqa 1” çərçivəsində səfərdə “Paris”lə qarşılaşacaq.