31 yanvar 2026. Şənbə

PSJ-də zədəlilərin son durumu


PSJ-də zədəlilərin son durumu

Fransanın PSJ klubu Liqa 1-in 20-ci turunda “Strasburq”la keçiriləcək oyun öncəsi tibbi vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya müalicə prosesini davam etdirir.

Açıqlamada bildirilir ki, Kventin Ndjantu reabilitasiyasını davam etdirir, Fabian Ruis isə sol dizindən aldığı zədə səbəbindən həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, PSJ “Strasburq”la fevralın 1-də, bazar günü, səfərdə — “Meno” stadionunda qarşılaşacaq.

Əlavə edək ki, Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda “Nyukasl”la 1:1 hesabı ilə başa çatan oyunda zədələnib və matçın 22-ci dəqiqəsində əvəzlənib.

 







Fransa L.1

PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu