1 fevral 2026. Bazar günü

“Marsel”dən xal itkisi


 “Marsel”dən xal itkisi

Fransa Liqa 1-in XX turu çərçivəsində “Paris” və “Marsel” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, matç qonaqların güclü başlanğıcı ilə yadda qalıb və ümumilikdə “Marsel” komandası layiqli çıxış edib. 17-ci dəqiqədə top Mamadu Mbounun əlinə dəyməsi nəticəsində penalti təyin olunub. 11 metrlik zərbəni Meyson Qrinvud dəqiq yerinə yetirərək qonaqları önə çıxarıb – 0:1.

İkinci hissənin əvvəlində sürətli əks-hücum zamanı Qrinvud topu Pyer-Emerik Obameyanqun ayağına ötürüb – 0:2. Daha sonra Qrinvudun ötürməsini Leonardo Balerdi başla ştanqa vurub. 82-ci dəqiqədə İlan Kebbalın krosunu başla tamamlayan Jonathan Ikone hesabı 1:2-yə çatdırıb.

Əlavə olunmuş vaxtda qonaqların qapıçısı Marsal Manetsi ilə toqquşaraq penalti yaradır. 11 metrlik zərbəni dəqiq yerinə yetirən Kebbal hesabı bərabərləşdirib – 2:2.

Bu nəticədən sonra “Marsel” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb, “Paris” isə 13-cü sıradadır.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi
PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu