13 mart 2026. Cümə

“Lion” evdə “Lill”i məğlub etdi


“Lion” evdə “Lill”i məğlub etdi

Fransa Liqa 1 mövsümünün 20-ci turunda “Lion” öz meydanında “Lill”i qəbul edib.

90deqiqe.Az-ın məlumata görə, Liondakı "Groupama" stadionunda keçirilən görüşdə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb. Ev sahibi komanda meydanda çox az qol imkanı yaradsa da, vurduğu qol dəqiqliyi ilə fərqlənib.

37-ci dəqiqədə Ruben Klyuverts cərimə meydançasında Noy Nartiyə gözəl ötürmə edib və Narti hesabı açıb – 1:0. Matçın sonlarında Endrik nəticəni daha da artırmaq şansı qazansa da, boş qapıya vurduğu zərbə dəqiq olmayıb.

Bu nəticədən sonra “Lion” 4-cü pillədə qalır, “Lill” isə 7 xallıq fərqlə arxada gedir.







Fransa L.1

"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi