5 fevral 2026. Cümə axşamı

Poqba “Monako”nun Çempionlar Liqası heyətindən kənarlaşdırıldı


Poqba “Monako”nun Çempionlar Liqası heyətindən kənarlaşdırıldı

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba Çempionlar Liqasında komandanın növbəti oyunlarının heyətinə daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

“Bütün tibbi heyət vəziyyətin həll yollarını araşdırmağa fokuslanıb. Hələ hadisənin bütün detallarını öyrənmək üçün proses hazırlamalıyıq. Hər hansı zədədə olduğu kimi, ilk addım onun meydançaya geri dönməsi, daha sonra isə lazımi fiziki formaya qayıtmaq üçün məşqləri davam etdirməkdir.

O, nə vaxt məşqlərə qayıda biləcək? Bu suala dəqiq cavab yoxdur”, – klubun direktoru Tyaqo Skuro bildirib.

Qeyd edək ki, Poqba 2025-ci ilin yayında dopinq səbəbi ilə diskvalifikasiyasının bitməsindən sonra azad agent statusunda “Monako”ya qoşulub. Cari mövsümdə futbolçu Fransa çempionatında “Monako” üçün üç oyunda iştirak edib, amma məhsuldar hər hansı göstərici ilə fərqlənməyib.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi
PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu