8 fevral 2026. Bazar günü

PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləni uzatmaq istəyir


PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləni uzatmaq istəyir

Fransanın PSJ klubu baş məşqçisi Luis Enrike ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən məlumata görə, Paris təmsilçisi ispan mütəxəssislə 2030-cu ilə qədər yeni müqavilə imzalamağı planlaşdırır. Klub rəhbərliyi danışıqların sakit və müsbət atmosferdə keçdiyini, prosesin nəzərdə tutulan vaxt çərçivəsində başa çatacağını bildirir.

PSJ mövsüm başa çatmamış Enrikenin yeni müqaviləyə imza atacağına ümid edir.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayında Paris klubunun sükanı arxasına keçib. Onun rəhbərliyi altında PSJ iki dəfə Fransa çempionu olub, iki dəfə Fransa Kuboku və ölkə Superkubokunu qazanıb, həmçinin 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının və qitələrarası kubokun qalibi olub.

Fransa çempionatında 20 turdan sonra PSJ 48 xal toplayaraq turnir cədvəlinə liderlik edir.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi
PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu