8 fevral 2026. Bazar günü

"Mən aşpaz deyiləm, PSJ-yə qarşı yaxşı oyun üçün reseptim yoxdur"


"Mən aşpaz deyiləm, PSJ-yə qarşı yaxşı oyun üçün reseptim yoxdur"

“Marsel”in baş məşqçisi Roberto De Zerbi Fransa Liqa 1-in 21-ci turu çərçivəsində PSJ ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis Paris təmsilçisi ilə oynamağın çətinliyini vurğulayıb:

“PSJ-yə qarşı necə oynamağın daha düzgün olduğunu anlamaq həmişə çətindir. Biz onlara qarşı iki yaxşı oyun keçirmişik. Onlar hələ də Avropanın ən güclü komandasıdır, ötən mövsüm hər şeyi qazandılar. Biz əvvəllər etdiklərimizi təkrarlamalıyıq. Güclü futbolçularımız var. Qalibiyyətə hazırlaşaraq təvazökar qalmalıyıq”.

De Zerbi Meyson Qrinvudun oyunundan da xüsusi razılıq ifadə edib:

“Son iki oyunda gördüyümüz Qrinvud hələ də komandadadır. O, dünya səviyyəli futbolçudur və daha universal oyunçuya çevrilir. Burada qalmağı seçdi və ona deyilənlərin həm özü, həm də ‘Marsel’ üçün xeyirli olduğunu anladı. O, bu cür davam etməlidir. Daha açıq, daha insani olub və hər kəs onun dəyərini görə bilir”.

Baş məşqçi PSJ-yə qarşı xüsusi taktiki “resept” olmadığını da qeyd edib:

“Uğurun resepti yoxdur. Mən aşpaz deyiləm ki, PSJ-yə qarşı oyunun hazır resepti olsun. Sadəcə futbol oynamalıyıq və güclü tərəflərimizdən istifadə etməliyik. Biz bir tarixi və bir şəhəri təmsil edirik, bu da üzərimizə əlavə məsuliyyət qoyur”.

Qeyd edək ki, 20 turdan sonra “Marsel” 39 xalla 4-cü, PSJ isə 48 xalla 2-ci pillədə qərarlaşıb.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi
PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu