8 fevral 2026. Bazar günü

“Monako” səfərdə “Nitsa” ilə heç-heçə etdi


“Monako” səfərdə “Nitsa” ilə heç-heçə etdi

Fransa Liqa 1-in 21-ci turu çərçivəsində “Nitsa” və “Monako” komandaları üz-üzə gəliblər.

90deqiqe.Az-ın məlumatına görə, görüş Nitsa şəhərində yerləşən “Allianz Riviera” stadionunda keçirilib. Matçın baş hakimi Metzdən olan Benoa Bastyen olub. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb — 0:0.

Bu oyunda komandalar fərqlənə bilməyiblər. “Monako”nun heyətində çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin matça start heyətində başlayıb və 65 dəqiqə meydanda olub.

21 turdan sonra “Monako” aktivinə 28 xal yazdıraraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Nitsa” isə 23 xalla 13-cü yerdədir.

Növbəti turda “Monako” fevralın 13-də doğma meydanda “Nant”ı qəbul edəcək, “Nitsa” isə fevralın 16-da səfərdə “Lion”la qarşılaşacaq.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi
PSJ-də zədəlilərin son durumu
  • Fransa L.1
  • 18:02 31.01.2026
PSJ-də zədəlilərin son durumu