9 fevral 2026. Bazar ertəsi

PSJ evdə “Marsel”ə darmadağınla qalib gəldi


PSJ evdə “Marsel”ə darmadağınla qalib gəldi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 21-ci turu çərçivəsində PSJ ilə “Marsel” arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Park de Prens” stadionunda baş tutan oyunda meydan sahibləri böyük hesablı qələbə qazanıblar – 5:0

Matçda hesab 12-ci dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele tərəfindən açılıb. Paris təmsilçisinin forvardı 37-ci dəqiqədə dublunu rəsmiləşdirib. 64-cü dəqiqədə “Marsel”in müdafiəçisi Fakundo Medina topu öz qapısından keçirib. İki dəqiqə sonra, 66-cı dəqiqədə Xviça Kvaratsxeliya PSJ-nin dördüncü qolunu vurub. Qarşılaşmada son nöqtəni isə 74-cü dəqiqədə yarımmüdafiəçi Li Kan İn qoyub.

Qeyd edək ki, PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov görüşdə üç seyv edib və matçı “quru” hesabla başa vurub.

21 turdan sonra PSJ Fransa çempionatının turnir cədvəlində 51 xalla lider mövqedə qərarlaşıb. “Marsel” isə 39 xalla dördüncü pillədə yer alır.







Fransa L.1

 “Marsel”dən xal itkisi
  • Fransa L.1
  • 23:59 31.01.2026
“Marsel”dən xal itkisi