27 mart 2026. Cümə

“Renn” baş məşqçisini və köməkçilərini işdən uzaqlaşdırdı


“Renn” baş məşqçisini və köməkçilərini işdən uzaqlaşdırdı

Fransanın “Renn” klubu baş məşqçi Habib Beye ilə bağlı mühüm qərar qəbul edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Habib Beye və onun köməkçiləri — Olivye Saraqalli, Sebastyan Bişar və Yann Kavetsa barəsində intizam araşdırmasına start verilib və onlar müvəqqəti olaraq işdən kənarlaşdırılıblar. Araşdırma başa çatanadək əsas komandanın məşqlərini Sebastyan Tambure, Pyer-Aleksandr Lelivr və Maksim Le Marşan keçirəcək.

Qeyd edək ki, “Renn” son oyunlarda uğursuz nəticələrlə yadda qalıb. Komanda Liqa 1-də “Monako”ya 0:4 hesabı ilə məğlub olub, Fransa Kubokunda isə “Marsel” qarşısında 0:3 hesablı məğlubiyyətlə üzləşib. Bundan əvvəlki turda “qırmızı-qaralar” “Lans”a 1:3 hesabı ilə uduzub. Hazırda “Renn” 31 xalla Liqa 1-in turnir cədvəlində 6-cı yerdə qərarlaşıb.







Fransa L.1

PSJ-nin futbolçusu sıradan çıxıb
  • Fransa L.1
  • 23:34 18.03.2026
PSJ-nin futbolçusu sıradan çıxıb
“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi