7 noyabr 2026. Şənbə

"Renn" evdə PSJ-yə qalib gəldi


"Renn" evdə PSJ-yə qalib gəldi

Fransa Liqa 1-in 2025/2026 mövsümünün 22-ci turunda "Renn" ilə PSJ arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Renn şəhərində yerləşən "Roazhon Park" stadionunda baş tutub. Oyunu baş hakim qismində fransalı referi Benoît Bastien idarə edib.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 34-cü dəqiqədə “Renn”in hücumçusu Musa Əl-Tamari açıb. Qarşılaşmanın 71-ci dəqiqəsində Esteban Lepol fərqi iki topa çatdırıb. Üç dəqiqə sonra Paris təmsilçisinin forvardı Usman Dembele hesab arasındakı fərqi azaldıb. Lakin 85-ci dəqiqədə Bril Embolo “PSJ”nin qapısından üçüncü topu keçirərək oyunda son nöqtəni qoyub – 3:1.

22 turdan sonra PSJ 51 xalla turnir cədvəlinə başçılıq edir. “Renn” isə 34 xalla beşinci pillədə qərarlaşıb.

Növbəti turda PSJ fevralın 21-də öz meydanında "Metz" ilə qarşılaşacaq. “Renn” isə bir gün sonra səfərdə "Auxerre" ilə üz-üzə gələcək.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi