7 noyabr 2026. Şənbə

"Monako"dan çətin qələbə


"Monako"dan çətin qələbə

2025/26-cı il Fransa Liqa 1 mövsümünün 23-cü turunun "Lans" və "Monako" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumata görə,"Stade Bollaert-Delelis"də (Lans, Fransa) baş tutan matç qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Lans"ın hücumçusu Odson Eduard matçın ilk qolunu üçüncü dəqiqədə vurub. 56-cı dəqiqədə hücumçu Florian Tovin ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 62-ci dəqiqədə "Monako"nun yarımmüdafiəçisi Folarin Balogun cavab qolunu vurub, səkkiz dəqiqə sonra isə Denis Zakariya hesabı bərabərləşdirdi. İki dəqiqə sonra Ansu Fati "Lans"a qarşı üçüncü qolu vuraraq hesabı 3-2 edib. 

Fransa liqasında 23 oyundan sonra "Lans"ın 52 xalı var və turnir cədvəlinə başçılıq edir. "Monako" 34 xalla altıncı yerdədir.

Növbəti turda "Monako" 28 fevralda evdə "Anje" ilə qarşılaşacaq, "Lens" isə bir gün əvvəl "Strasburq"a səfər edəcək.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi